Kardio Mix Forte (23.00 AZN ədv daxil)

kardio mix

Farmakolji  qrup

Kombinəolunmuş  sedativ, əsəb sakitləşdici preparat

Farmakoloji xassələri

Valerian-  Güclü səitləşdirici bitki  kimi  tanınır  ,bundan  əlavə baş  ağrılarında, miqren, əsəbilik ,nevroz, isteriya, yuxusuzluq zamanı yaxşı təsir edir. Ürək- damar sistemi      patoloqiyalarında istifadə olunur. Taxikardiya,hipertoniya,ürək ağrıları,arterial təziq kimi simptomları aradan qaldırır.                                                                                                                   

Yemişan – bir cox vitaminlər, mikroelementlər, orqanik  turşular, efir yağları və sair faydalı maddələrlə  zəngindir. Çicəkləri və meyvələri yuxusuzluqda, başgicəllənməsində, aterosklerozda,ürək ağrılarında, və epilepsiya zamanı  istifadə edilir. O,ürək əzələlərinin yığılmasını qüvvətləndrir,ürək fəaliyyətinin ritminin normallaşdırır və qan dövranını gücləndirir.Ürək və beyin damarlarını genişləndirir,sinir sisteminin oyanığlığını azaldır, taxikardiya və aritmiyanı aradan qaldırır. Maddələr mübadiləsini yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini aşağı salır.                                                                                                                                                     

Dam  otu-  müasir tibbdə nevrozlarda, nevrotik xəstəliklərdə, kardiosklerozda, funksional gərginlikdə, istifadə olunur.Məkəzi sinir sistemini sakitləşdirir,qan dövranını yaxşılaşdırır, arterial təzyiqi tənzimləyir. Baş ağrılarını,yuxusuzluğu,qorxu hissini  aradan qaldırır.                                                                                          Resveratrol– təbii fitoalleksindi.Sfingosin kinaz və fosfolipazın iltihab reaksiyalarının katalizatorlarının orqanizmə təsirinin qarşısını alan güclü antioksidantdır. İltihabəleyhinə, şişəleyhinə, kardioprotektiv, angioprotektiv, şəkər salıcı effektləri var. Resveratrol Alzheimer və başqa neyrodegenerativ xəstəliklərin qarşısını alır. Damar daxili trombların əmələ gəlməsini ,trombositlərin aqreqasiyasını inhibə etməklə kardioprotektiv təsirini bildirir.                                                                                                                         

 L-Arqinin- qismən  əvəzolunmayan  aminturşusudur, L-arginin sidik turşusu, ornitin, kreatin və bir sira digər birləşmələrin sintezində iştirak edir və ondan bioloji fəal Azot (II) oksidi əmələ gəlir.

Tərkibi

Valerian (pişikotu ekstraktı)                                                 50 mq

Ctataegus monogyna (yemişan meyvəsinin ekstraktı )   25 mq

Leonurus cardiaca (damotu ekstraktı)                               25 mq

Resveratrol (resveratrol)                                                       50 mq

L-arqinin                                                                                  25 mq

Göstərişləri

-Yüksək  sinir  oyanıqlığı

-Nevrozların bütün formalarının kompleks müalicəsində

-Depresiya halları və yuxu pozğunluqları     

-Arterial hipertenziyanın kompleks müalicəsində                                                                                                                                                                             

-Ürəyin ritm pozulmasının kompleks müalicəsində

-Miokard infarktının kompleks müalicəsində

-Alzheimer xəstəliyinin kompleks müalicəsində

-Mədə bağırsağ traktının  spazmlarında,ağrı və əzələ spazmı

-Ürəyin ritm pozulmasının kompleks müalicəsində

-Şəkərli diabet xəstəliyində kompleks müalicəsində

Dozalanma        Həkimin məsləhəti  ilə dozalanma korreksiya   oluna bilər.                                                       

14-18 yaş gündə 1 tabletdən 1-2 dəfə                                                                                                                    

18  yaşdan   yuxarı  gündə 1 tabletdən 2 dəfə.

Əks göstərişləri  Komponentlərdən hər hansısa birinə qarşı həssaslıq. Nadir hallarda dəri reaksiyaları.

Buraxılış forması

50 tablet                                                                                                                                                                

İstehsalcı: Türkiyə,

Site Footer

Whatsappa yaz
Bizimlə əlaqəyə keçin !
Salam , sizə neçə köməklik göstərə bilərik ?