Mega A&D (13.00 AZN ədv daxil)

mega a&d

Mega A&D görmənin yaxşılaşmasında, dərinin tamlığının qorunmasıda və bərpasında iştirak edir.Orqanizmin inkişafını və skeletin normal formalaşmasını, kalsiumun bağırsaqlardan sorularaq skeletin normal böyüməsini və sıxlığının saxlanılmasını təmin edir.

Vitamin A

(Retinol)  normal , qaranlıq və rəngli görməni təmin edir.

Epitelial hüceyrənin tamlığının saxlanmasına şərait yaradır,eyni zamanda orqanizmin inkişafım tənzimləyir. Uşaq orqanizminin normal inkişafını, boy atmasını və skeletin normal formalaşmasını təmin edir. Vitamin A(Retinol) görmə orqanının funksiyasını yaxşılaşdırır. Orqanizmdə Vitamin A-nın çatışmazlığı hemeralopiya (toyuq korluğu) xəstəliyinin inkişafına təkan verir və həmçinin boy artımı gecikməsinə səbəb olur.

VİTAMİN D3 (XolikalsiferoI) Vitamin D3 kalsium fosfor və maqnezium mübadiləsinin tənzimlənməsində iştirak edir, Ca və fosfatlarin bağırsaqdan sorulmasını və onların böyrək kanalından geriyə sorulmasını gücləndirir, sümük toxumasının minerallaşmasını yaxşılaşdırmaqla uşaqlarda skeletin və dişlərin formalaşmasını təmin edir. Sümükyaranma prosesini gücləndirir. Qalxanabənzər ətraf vəzilərin normal fəaliyyət göstərməsinə kömək edir.

İstifadəsinə göstərişlər:

  • Raxit
  • Əzələ qıcolmaları
  • Müxtəlif mənşəli sümük yeyilmələri
  • A və D Vitamini çatışmazlığının profilaktika və müalicəsi
  • Görmənin zəifləməsi

Əks göstərişlər:Preparatın tərkib kompanentlərinə qarşı həssaslığın olması

Dozalanma rejimi:

  • yaş 2-3 damcı *1      dəfə
  • 0-3 yaş 3-4 damcı             *1      dəfə
  • 3-12 yaş 5-6 damcı          *1      dəfə
  • 12 yaşdan yuxarı 6-8 damcı*1  dəfə
  • Böyüklərdə 15 damcı*2 dəfə

Müalicə 1 ay müddətində aparılmalıdır.

Buraxlış forması:

MEGA A&D 50 ml damcı İSTEHSALÇI:Manufacturer:Zeyus Gida Takviyeleri Karışım ÜriinleriProduction addressGüzelyurt Mah. 5783 Sk.No :9/AYunusemre-MANİSA/TÜRKİYE

Site Footer

Whatsappa yaz
Bizimlə əlaqəyə keçin !
Salam , sizə neçə köməklik göstərə bilərik ?