Pre SCAR (23.50 AZN ədv daxil)

Pre Scar orqanizmdə gedən energetik proseslərin səviyyəsini, iştahanı artırır.ATF və zülalların yaranmasını sürətləndirir.Boy artımı və əzələ kütləsini artırır.Qanyaranma və sinir sisteminin işini normallaşdırır.

L-KARNİTİN – Vitaminəbənzər maddədir. Orqanizmdə bir sıra fermentativ prosesləri, o cümlədən ATF və zülalların yaranmasını həyata keçirir. Bədən çəkisinin normadan az olmasının qarşısını alır. Skeletin normal inkişafına kömək edir. Boy artımı və bədənin əzələ kütləsinin artımını təmin edir.

KOENZİM Q10 – Başlıca olaraq orqanizmin oksigenə olan tələbatının təmin olunması (hüceyrə tənəffüsü) rolunu oynayan vitaminəbənzər maddədir. Orqanizmdə oksigen, enerji çatışmazlığını aradan qaldırır. Hüceyrə zədələnməsinə imkan vermir.

VİTAMİN B12 – Yüksək bioloji aktivliyə malikdir. Qaraciyər funksiyalarını normallaşdırır və beynin fəaliyyətini yaxşılaşdırır.

İstifadəsinə göstərişlər:

  • Kəskin və xroniki beyin qan dövranı pozuntuları
  • Kəllə-beyin travmaları və onların fəsadları
  • Ürək çatışmazlığı
  • İştahasızlıq zəminində çəki azlığı
  • Nevroloji pozuntular
  • Fiziki və əqli zəiflik
  • İmmun defisiti
  • Boy artımı problemi

Əks göstərişlər:Preparatın tərkib kompanentlərinə qarşı həssaslığın olması

İstifadə qaydası və dozalanması:

Su ilə qarışdırılıb və ya birbaşa ağızdan daxilə qəbul olur. 4-6 yaş 2,5ml -1 dəfə, 7-12 yaş 5ml -1 dəfə, 12 yaşdan yuxarı 10ml -1 dəfə

Dozalanma həkim məsləhəti ilə korreksiya oluna bilər.

Buraxılış forması: 200 ml sirop

İstehsalçı:Aktif Farma/Türkiyə

Site Footer

Whatsappa yaz
Bizimlə əlaqəyə keçin !
Salam , sizə neçə köməklik göstərə bilərik ?