
Semodon boğaz və ağız boşluğunun müalicəsində dezinfeksiyaedici, iltihabəleyhinə və ağrıkəsici təsir göstərən preparatdır. Selikli qişaya antimikrob və zəif ağrıkəsici təsir göstərir. Ağız boşluğunun selikli qişasının bərpa olmasını sürətləndirir.
Adaçayı – toksinlərin bədəndən daha sürətli atılmasına yardım edir, həm də öskürəyi kəsir. Boğazı yumşaldır və rahatlaşdırır.
Əməköməkci – bürüyücü, bəlğəmgətirici təsirlərə malikdir. Həmçinin ağrıkəsicidir.
Gülümbahar-güclü antimikrob və yarasağaldıcı təsirləri var. Həmçinin qankəsici,bürüyücü,bəlğəmgətirici xüsusiyyətlərə də malikdir.
Evkalipt yağı – iltihabəleyhinə təsir göstərib, ağrıkəsici, spazmolitik, antiseptik və təravətləndirici effektlərə malikdir, yaraların sağalmasını tezləşdirir.
Keçətük – immunostimulyator olub, virus infeksiyalarının və iltihabın qarşısını almaq üçün geniş şəkildə istifadə olunur.
İstifadəsinə göstərişlər:
- Ağız boşluğunda qızartılar
- Diş ətinin qızartısı
- Angina
- Boğazda qıcıqlanmalar
- Quru öskürək
- Boğazda ağrı və xırıltı
İstifadə qaydası və dozalanması:
Bilavasitə selikli qişaya istifadə olunur.
1-3 yaş arası uşaqlara 2 dozadan gündə 3 dəfə
3-6 yaş arası uşaqlara 2 dozadan gündə 3 -4 dəfə
6 yaşdan yuxan uşaqlar və böyüklərə 1 -2 dozadan gündə 5-6 dəfə
Əks göstərişlər: Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.
Buraxılış forması: Sprey 30 ml.
İstehsalçı:Ensa MNS GIDATakviyeleri Üretim ve Araştırma Merkezi Producted adress:
Osmancalı Mah. 307 Sok. No: 340 Meıkez Yunusemre – Manisa / Türkiy