
Köməkçi maddələr: ionsuzlaşdırılmış su (Deionized water),şəkər (Sugar), qliserol (glycerol),polisorbat 80 (Polysorbate 80), sitrat turşusu (Citric acid), portağal dadlandırıcısı (Orange Flavour),ksantan qətranı (Xanthan Gum), kalium sorbit (Potassium sorbate),natrium benzoat (Sodium benzoate),limon dadlandırıcısı (Lemon Flavour).
Vitamin A-İnfeksiyalara qarşı müqaviməti artırır. Dərinin sağlamlığını və tamlığını təmin edir.Dəri və selikli qişanın nəmliyini qoruyur. Güclü antioksidant və regenerasiyaedicidir.
Vitamin B1– sinir sisteminin funksiyasını normallaşdırır, yorğunluq və əzginliyi azaldır, psixi balansı tənzimləyir, ürək, hormonal
və immun sistemin funksiyasını normallaşdırır.
Vitamin B2-görmə funksiyasında mühüm rol oynayan vitamindir.
Vitamin B3– mübadilə proseslərində çox vacib kofermentlərə (NAD, NADP) çevrilir ki, onlar da hüceyrədaxili oksidləşmə-
reduksiya reaksiyalarında iştirak edərək neyronları zədələnmədən qoruyur, MSS- nin inkişafı və fəaliyyətində mühüm rol oynayır.
Vitamin B5– dərini nəmləndirir, kollagen və elastinin sintezini stimullaşdırır, qızartıları aradan qaldırır, iltihabi reaksiyaları
zəiflədir, sızanaqların yaranmasının qarşısını alır.
Vitamin B6– qanyaranma prosesində iştirak edir, sinir sisteminin trofikasını yaxşılaşdırır.
Vitamin B12– sinir sistemi fəalliyyətini yaxşılaşdırır. Qanda hemoqlobinin səviyyəsini artırır.
Vitamin C- immuniteti gücləndirir, orqanizmin bakterial və virus infeksiyalarına qarşı müqavitəni artırır. Dəmirin mənimsənilməsində və qanyaranmada iştirak edir.
Vitamin D3 – kalsiumun qandan sorularaq sümük və diş toxuması hüceyrələrində toplanmasında iştirakedir, immun sistemi
gücləndirir.
Vitamin E – hüceyrə bölünməsində, toxuma tənəffüsü proseslərində iştirak edir. Hüceyrələrisərbəst radikalların zərərli
təsirlərindən qoruyur.Antioksidant təsirə malikdir. Endokrin sistemin normal fəaliyyətini təmin edir.
Vitamin K1– Sümük boşluqlarının aradan qaldırılmasında və onların güclənməsində əvəzsiz rola malikdir.Qlutamilkarboksilaza
reaksiyaları üçün kofaktor rolu oynayır. Bu yolla bir çox laxtalanmanı sürətləndirən və inhibə edən faktorları requlyasiya edir.
Məhz buna görə də bu vitamin daha çox körpələr və uşaqlar üçün xüsusi rola malikdir.
D-Biotin– saçların, dırnaqların və dərinin sağlamlığının qorunmasında mühüm rol oynayır.Metabolik aktivliyi, beyin funksiyasını,
sinir siqnalını və gündəlik funksiyaları dəstəkləyir.
Sink-İmmun proseslərdə iştirak edir. Hüceyrə bölünməsinin və böyüməsinin stimullaşdırılması, maddələr mübadiləsi və zülal
sintezi kimi həyati proseslərdə iştirak edir, yaraların sağalmasını
sürətləndirir.
Yod-qalxanvari vəzin hormonlarının tərkibində yer alaraq orqanizmdə vacib rol oynayan elementdir.Yod qalxanvari vəz tərəfindən
hormon sintezi üçün istifadə edilir.Ürəyin ritmini,orqanizminböyümə sürətini,metabolizmin sürətini,sinirlərin cavab
verməsini,zülalların sintezini tənzimləyən məhz bu hormonlardır.
Fol turşusu– qırmızı qan hüceyrələrinin yaranmasında, hüceyrələrin bölünməsi və yaranması zamanı DNT və RNT-nin
çoxalması üçün azotlu üzvi əsasların sintezində mühüm rol oynayır.
Xrom – yağ və karbohidrat mübadiləsində böyük rol oynayır.
Manqan-sümük toxumalarının formalaşmasında iştirak edir,ferment sistemlərinin fəaliyyətini və C,E,B qrupu vitaminlərin,
xolinin,misin mübadiləsi üçün vacibdir.Qanəmələgəlmə prosesinə təsir edir,antitelin əmələ gəlməsini sürətləndirir,mərkəzi sinir
sisteminə təsir edir.İmmun sistemini qüvvətləndirir.
Molibden – azot mübadiləsində və zülalların sintezində böyük rol oynayır.
Selen-güclü antioksidant təsirə malikdir. İmuniteti gücləndirir.
Bioloji fəallığa malik qida əlavəsinin istifadəsinə dair təlimat
Tərkibi:( hər 10 ml üçün şərbətdə ):
Təsiredici maddələr:
Vitamin A (Retinyl palmitate)…………………………………………………………………………….400 mkq
Vitamin B1 (Thiamine hydrochloride)…………………………………………………………………….0.8 mq
Vitamin B2 (Riboflavin 5 phosphate)………………………………………………………………………0,9 mq
Vitamin B3 (Nicotinamide)…………………………………………………………………………………….10 mq
Vitamin B5 (Calcium D-pantothenate)……………………………………………………………………….4 mq
Vitamin B6 ( Pyridoxine Hyrochloride )………………………………………………………………….0,5 mq
Vitamin B12 (Cyanocobalamin)……………………………………………………………………………1,5 mkq
Vitamin C (L-Ascorbic acid)………………………………………………………………………………….70 mq
Vitamin D3 (Cholecalciferol)……………………………………………………………………………….10 mkq
Vitamin E (DL-Alpha tocopheryl acetate)…………………………………………………………………8 mq
Vitamin K1 (Phylloquinone)………………………………………………………………………………….20 mkq
Vitamin B7 (D-biotin)…………………………………………………………………………………………..15 mkq
Sink ( Zinc sulphate 13.7 mg )…………………………………………………………………………………5 mq
Yod (Potassium iodate 110 mcg )………………………………………………………………………….75 mkq
Vitamin B9 (Pteroylglutamic acid / Folic acid)……………………………………………………..300 mkq
Xrom (Chromium III chloride 410 mcg )………………………………………………………………..80 mkq
Manqan (Manganase sulphate monohydrate 3.1 mg)…………………………………………………..1 mq
Molibden (Sodium molybdate 191 mcg )………………………………………………………………..75 mkq
Selen (Sodium selenite 99 mcg )……………………………………………………………………………45 mkq
İstifadəsinə dair tövsiyyələr:
Uşaqların aktiv böyümə dövründə,vitamin və minerallara olan tələbatın artması hallarında, həmçinin immun sistemin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ
İstifadə qaydası və dozası:
4-10 yaş 5 ml gündə 1 dəfə,10 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 10 ml gündə 1 dəfə
Əlavə təsirlər: Tərkibindəki inqrediyentlərdən hər hansı birinə qarşı fərdi həssaslıq
Əks göstərişləri: Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq hallarında
Xüsusi ehtiyat tədbirləri:
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.BFMQƏ normal qidalanmanı əvəz etmir.Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.Hamiləlik və laktasiya dövründə və həmçinin dərman istifadəsi zamanı həkimlə məsləhətləşin
Yararlılıq müddəti:
3 il.
Saxlanma şəraiti:
Sərin və quru yerdə, birbaşa düşən gün şüalarından qorunmaqla, 25°C-dən aşağı temperaturda saxlanılmalıdır. Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Buraxılış forması:
Şərbət 250 ml.
İstehsalçı:
REFORM PHARMA İLAÇ KİMYA GIDA KOZMETİK TİCARET SANAYİ ANONİM ŞİRKETİ
Şerifali Mahallesi Beyit Sokak No:26/1
Ürmaniye/İstanbul/Türkiye
Rəsmi distrübütor: Rəsmi distributor:İETK MMC
www.medietk.com info@medietk.com
Dərman vasitəsi deyildir! BFMQƏ-dir!